
92 ABŞ vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz Telegram kanalında yazıb.
Bildirilir ki, onlardan 25-i Ukrayna ilə müharibədən, Rusiya Federasiyasına qarşı sanksiyalardan, Qərblə əsir mübadiləsindən yazan Qərb mediasının əməkdaşlarıdır.
Rusiyaya girişi qadağan edilən jurnalistlər arasında The New York Times və The Wall Street Journal qəzetlərinin Kiyev bürolarının rəhbərləri Endryu Kramer və Ceyms Marson, The Wall Street Journal-ın baş redaktoru Emma Taker və The Guardian-ın karikaturaçı rəssamı Rebekka Hendin də var.
İlhamə