
1 Sentyabr – növbədənkənar parlament seçkilərinə qısa müddət qalıb.
Hazırda millət vəkilliyinə namizədlərin təşviqat kampaniyası davam etdir.
Təbliğat-təşviqat kampaniyaları zamanı vətəndaşların azad seçiminə təzyiq yol verilməzdir. Lerik rayonun Piran kənd sakinləri iddia edir ki, ona ən ali qanun olan Konstitusiya ilə verilən seçmək hüququ rayon icra nümayəndəsi Rizvan Əsədov tərəfindən pozulur. Kənd icra nümayəndəsi Rizavan Əsədov qapı-qapı gəzərək onu və digər həmkədlilərinə təziq göstərərək, 80 saylı Lerik-Astara seçki dairəsindən deputallığa namizəd Vasif Qafarova səs verməyi tələb edib.
Kənd sakini Tofiq Məmmədov bildirir ki, icra nümayəndələri bu tapşırığı Rayon icra başçısı Əkbər Abbasovdan aldığını deyib.
“Rayonda kənd icra məmurlarına Vasif Qafarovun seçilməsinə köməklik edilməsinə dair göstəriş gəlib, əks halda işdən çıxarılacaqlar” deyə şikayətçi deyir.
Eyni iddia ilə Lerik rayon Bürsülim kənd sakini Rahim Şiriyev də eyni sözü deyir6
“Kənd icra nümayəndəsi tərəfindən məktəb direktorlarına tapşırılıb ki,Vasif Qafarova səs verilsin. Habuki Seçki məcəlləsinə 2-ci madəsində yazılır ki, Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak etməlidirlər. Heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz”.
Vətəndaşlar MSK rəhbərliyinin seçki pozuntusunu aradan qaldırmağa çağırıb.
Elmar
Gununsesi.info