
Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və Ukraynanın müdafiə naziri Rustem Umerov bu həftə ABŞ prezidenti Co Baydenin administrasiyasının nümayəndələri ilə görüşəcək.
Gununsesi.info xəbər verir ki, bu barəd CNN mənbələrə istinadən məlumat yayıb.
Nəşr Yermak və Umerovun Bayden administrasiyasının rəsmiləri ilə görüşünün məqsədini açıqlayır: “Güman edilir ki, onlar Rusiyaya uzaqmənzilli silahlarla zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa razı olacaqlar”.
Bildirilir ki, Ukrayna təmsilçiləri Vaşinqtona “prioritet hədəflər” siyahısını təqdim edəcəklər ki, bu siyahılara “Ukraynaya qarşı hərbi əməliyyatların gedişatını dəyişmək çətin olacaq”.