“Qarabağ” “Dinamo Zaqreb”ə məğlub oldu

  • By ilhame
  • 28 Avqust 2024 22:59

Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə qarşılaşıb.

 

Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qarşılaşmada hesabı 33-cü dəqiqədə Marko Pyatsa açıb. 53-cü dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

 

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

Gununsesi.info