İndoneziya hökuməti “Telegram-ı bloklamağı nəzərdən keçirir

İndoneziya pornoqrafiyanın mümkün yayılması və onlayn qumar oyunlarının təşviqi ilə əlaqədar Telegram və Bigo Live yayım proqramını ölkədə bloklamağı düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “Jakarta Globe” rabitə və informasiya naziri Buri Ari Setiadiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, nazirlik artıq hər iki platformaya ciddi xəbərdarlıq edib.

Bununla belə, nazir Telegram və Bigo Live-dan verilən cavabların “qeyri-adekvat” olduğunu deyib:

“Mən Bigo Live və Telegram-ı dərhal bağlamaq istərdim, lakin komanda əvvəlcə daha çox araşdırma aparmalıdır. Komandamız tərəfindən toplanan sübutlar əsasında hərəkət edirik, əgər pornoqrafiya və ya qumar reklamı ilə bağlı sübutlar tapsaq, platformaları bloklamağa davam edəcəyik”-nazir yekunlaşdırıb.

 

 

 

Gununsesi.info