Rusiyada olan qanunsuz miqrantların sayı nə qədərdir?

  • By Günel
  • 29 Avqust 2024 09:56

Rusiyada 630 min qanunsuz miqrant var.

Gununsesi.info  bildirir ki, bunu APA-nın Moskva müxbiri xəbər verir. O, bu qiymətləndirməni Rusiya Daxili İşlər Nazirliyi miqrasiya siyasəti üzrə hökumət komissiyasının iclasında açıqlayıb.

Bildirilib ki, ötən il Rusiyaya iş məqsədilə gələn 3,5 milyondan çox xarici vətəndaş qanuni şəkildə Rusiya Federasiyası ərazisində olub.

Onların əksəriyyətinin Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarının olduğu qeyd olunub.

Gununsesi.info