
Rusiya Prezidenti Vladimir Putin Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiya edilməsi haqqında qanunu imzalayıb.
Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, saziş 20 ili əhatə edir və müddəti uzadıla bilər.
Sənədə əsasən, tərəflərdən hər biri digər tərəfin xarici təhdidə məruz qalması halında, təcavüzkara yardım etməməli və münaqişənin BMT Nizamnaməsi əsasında nizamlanmasında maraqlı olmalıdır.