Pakistanlı jurnalist Ağdam Cümə məscidində azan verdi - Video

  • By Admin2
  • 21 Aprel 2025 17:47

Pakistanlı jurnalist Malik Ayub Sumbal Ağdam Cümə Məscidində azan verib.

Bu barədə Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, hazırda Azərbaycanda səfərdə olan Sumbal “Tovuzdan Qarabağa” adlı kitabın müəllifidir. Kitabda Azərbaycanın son 30 illik tarixindən söz açılıb, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət təhlil edilib.

Nəşr 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitablardandır.

Gununsesi.info