
Almaniya keçən il əcnəbilərə əvvəlki ilə nisbətən 20% çox – 200 min nəfər üçün pasport verib.
Gununsesi.info xəbər verir ki, bunu bu gün Bremendə Almaniya vətəndaşlarına pasportların təqdim edilməsi mərasimində Almaniya kansleri Olaf Şolz deyib.
O, qeyd edib ki, getdikcə daha çox immiqrantların Almaniya vətəndaşlığını almaq qərarına gəlməsindən məmnundur.
Kansler əlavə edib ki, federal hökumət immiqrasiya və naturalizasiyanı asanlaşdırmaq, prosedurları standartlaşdırmaq və sadələşdirmək üçün çox çalışır.
Hökumət başçısı həmçinin vurğulayıb ki, Almaniyanın mövcud immiqrasiya qanunu Almaniyada mövcud olan ən müasir qanundur.
O, ixtisaslı işçilərin immiqrasiya qaydalarının təkmilləşdirilməsini vacib adlandırıb.
Siyasətçi əlavə edib ki, gələcəkdə yeni Almaniya vətəndaşları əvvəlki vətəndaşlıqdan imtina etməli olmayacaqlar.
Qeyd edək ki, pasportlara layiq görülənlər arasında vətəndaşlığa qəbul edilənlərin təxminən 60%-i vətəndaşlığını saxlaya bilmişdir.
Afət