
ABŞ-ın keçmiş prezidenti Barak Obama Co Baydenin prezidentliyə namizədliyini geri götürməsi və Harrissə dəstəyi barədə danışıb. Kamala Harrisə dəstək istəyən Obama, “Amerika yeni səhifə açmağa, daha yaxşı hekayə yazmağa hazırdır. Prezident Kamala Harris üçün də hazırıq” – deyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədliyini rəsmən qəbul edəcəyi 4 günlük Demokrat Partiyası Konqresi Çikaqodakı “United Center” İdman Salonunda davam edib.

Konqresin ikinci günündə çıxış edən Harrisin əri Doug Emhoff, Harrisin xarakterindən və fərqli inanclarının onların münasibətlərinə necə təsir etdiyindən danışıb. Yəhudi olan Emhoff, Harrisin bayram günlərində onunla sinaqoqa gəldiyini, digər vaxtlarda isə Harrislə birlikdə kilsəyə getdiyini bildirib. O, Harrisin ailəsinə bağlılığını ifadə edib: “Harris ona ehtiyac duyulduğu hər yerdə olacaq, indi ölkənin ona ehtiyacı var. O, rəhbərlik etməyə hazırdır”,- deyən Emhoff Harrisin “ədalət axtarışından həzz aldığını,insanların uğur qazandığını və yaxşı iş gördüyünü görmək istədiyini söyləyib.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama da anasının və onun göstərdiyi fədakarlıqların xatirəsini yad etmək üçün doğma şəhəri Çikaqoda keçirilən konqresdə çıxış edib. Obama anası haqqında “Mənə zəhmət, təvazökarlıq və xeyirxahlığın nə demək olduğunu göstərən qadın. Mənəvi dəyərləri yüksək tutan və mənə onun gücünü göstərən qadın,”- ifadələrini bildirib.
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın seçki prosesi zamanı Kamala Harrisə “hücuma” çalışacağı ilə bağlı xəbərdarlıq edən Obama, həyat yoldaşı Barak Obama ilə birlikdə bu mövzuda şəxsi təcrübəyə malik olduğunu bildirib.
“Donald Tramp illərdir ki, insanları bizdən qorxutmaq üçün əlindən gələni edib”,-deyən Obama “dünyaya dar baxışlı olaraq gələn qaradərili iki çalışqan, yüksək təhsilli və uğurlu insanın varlığına səbəb olub”, deyə o əlavə edib
Daha sonra Trampı irqçi, qadın düşməni adlandıran Obama amerikalıları Kamala Harrisə və vitse-prezidentliyə namizəd Tim Walza səs verməyə çağırıb.
ABŞ-ın keçmiş prezidenti Barak Obama prezidentlik dövründə onun vitse-prezidenti olmuş ABŞ prezidenti Co Bayden haqqında yüksək fikirlər səsləndirərək “İndi inandığımız Amerika üçün mücadilə etmək hamımızın öhdəsinə düşür və heç şübhəniz olmasın.
Trampın Harrisə məğlub olmaqdan qorxduğu üçün davamlı olaraq hər şeydən şikayətləndiyini vurğulayan Obama, “Bizə dörd il daha cəsurluğa, bacarıqsızlığa və xaosa ehtiyac yoxdur. Bu filmi əvvəllər də gördük və hamımız filmin davamınln pis olduğunu bilirik”- deyə o qeyd edib.
Günel
Gununsesi.info