Medvedev: “Ukrayna məğlub edilməyənədək sülh danışıqları olmayacaq”

  • By ilhame
  • 21 Avqust 2024 13:14

Rusiya Kursk bölgəsinə hücumundan əvvəl nəzəri olaraq qeyri-müəyyən perspektivləri olan erkən lazımsız sülh danışıqlarına cəlb edilə bilərdi, lakin indi belə bir ehtimal istisna edilir“.

 

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

O əlavə edib ki, Kurska hücumdan sonra Ukrayna məğlub edilməyənədək beynəlxalq tərəfdaşların onlara təlqin etdiyi sülh danışıqlarından söhbət gedə bilməz.

Gununsesi.info