Mahmud Abbas Türkiyədə şam yeməyindən imtina etdi

Fələstin prezidenti Mahmud Abbas İsrailin sui-qəsd cəhdi təhlükəsi səbəbilə Türkiyədə parlament üzvləri ilə şam yeməyini ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, Mahmud Abbas Türkiyə Parlament sədri Numan Kurtulmuşa qala yeməyində iştirak etmək təklifinə görə təşəkkür edib, lakin axşam yeməyinə qala bilməyəcəyini bildirib:“Qaranlıq olmadan Fələstinə getməliyəm”. 

Bildirilir ki, Fələstin liderinin qorxusuna səbəb Fələstinin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyə və  Hizbullahın bir sıra yüksək rütbəli üzvlərinin öldürülməsidir.

Qeyd edə ki, bu yaxınlarda Abbas Rusiyaya səfər etmişdir.

 

 

Günay

Gununsesi.info