
Katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Şənbə günü Müqəddəs Pyotr Bazilikasında keçiriləcək dəfn mərasimində dünyanın hər yerindən liderlər və xristianlar bir araya gələcək. Dəfn mərasiminə təxminən 200 min dindarın qatılacağı gözlənilir. İtaliya hökuməti mərasim öncəsi böyük təhlükəsizlik əməliyyatına hazırlaşır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib.Fransiskin cənazəsi yerli vaxtla səhər saat 9-da Müqəddəs Pyotr Bazilikasına köçürüləcək.
Çoxlu sayda katoliklərin və xeyirxahların ruhani liderə dəfn edilməzdən əvvəl ehtiramlarını bildirmələri gözlənilir.
Dini mərasimdən sonra ictimaiyyətə cümə günü saat 19:00-a qədər mərhum Papanın ziyarətinə icazə veriləcək, dəfn mərasimi şənbə səhəri keçiriləcək. Papa Fransiskin şənbə günü Vatikanda keçiriləcək dəfn mərasiminə təxminən 200 min insanın qatılacağı gözlənilir. İtaliyanın daxili işlər naziri Matteo Piandendozi bildirib ki, Vatikana çoxlu dövlət və hökumət başçıları da daxil olmaqla 170-ə yaxın xarici nümayəndə heyətinin gələcəyi gözlənilir.
ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp, Argentina prezidenti Xavyer Miley və Ukrayna prezidenti Vladimir Zelenski kimi dünyanın müxtəlif ölkələrindən liderlərin dəfn mərasiminə qatılacağı gözlənildiyi halda, Rusiya prezidenti Vladimir Putinin iştirak etməyəcək.
İspaniya kral cütlüyü və Britaniya şahzadəsi Uilyamın da iştirak edəcəyi açıqlanıb.
İtaliyada beş günlük matəm elan edilib və Əbədi Şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülüb. Bu tədbirlərin yeni papanın seçiləcəyi Konklava qədər qüvvədə qalacağı gözlənilir.
Orxan