
Sentyabrın 18-də Çinin Quandun əyalətinin Sincan şəhərində 10 yaşlı yapon uşağı bıçaqlayaraq öldürən cinayətkarın edam edildiyi bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Japan Times” qəzetində yazılıb.
Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirliyinə “Cong Changchun” kimi tanınan 44 yaşlı hücumçunun edam edildiyi barədə məlumat verib.
Atasının yapon, anasının isə Çin vətəndaşı olduğu bildirilən 10 yaşlı uşaq səhər saatlarında Şincindəki Yapon İbtidai məktəbinə gedərkən bıçaqla hücuma məruz qalıb. Xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib, hücum edən şəxs isə hadisə yerində saxlanılıb.
Şınçın mətbuatında yer alan xəbərə görə, soyadının “Cong” olduğu bildirilən 44 yaşlı şübhəli uşağa bıçaqla hücum etdiyini etiraf edib və polisdəki ifadəsində qətli tək törətdiyini bildirib. Şübhəlinin əvvəllər telekommunikasiya şəbəkəsində təxribat törətmək və ictimai asayişi pozmaqda ittiham olunaraq cinayəti də olub. Şınçında keçirilən məhkəmədə təcavüzkar edam cəzasına məhkum edilib.
Günel Həsənova Gununsesi.info