Lazer erası başladı: - PUA-lar indi raketləri əridir

  • By Admin2
  • 23 Aprel 2025 10:32

ABŞ-da yerləşən müdafiə şirkəti öz növünün ilki olan yeni lazer texnologiyasını təqdim edib. İHA-lara inteqrasiya oluna bilən bu sistem raketləri havada əridərək məhv edə bilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -nin müdafiə şirkəti General Atomics hərbi texnologiya sahəsini pozan yeni lazer sistemini təqdim edib. Sistem pilotsuz uçuş aparatlarına (PUA) quraşdırıla bilən və düşmən raketlərini havada zərərsizləşdirə bilən ilk sistem olaraq diqqət çəkib.

Sistem General Atomics-in MQ-9B SkyGuardian adlı avtonom kəşfiyyat və müşahidə pilotsuz uçan aparatına inteqrasiya edilib. Hazırda təxminən 25 kilovat enerji buraxa bilən lazer kiçik miqyaslı hədəflərin məhv edilməsində effektivdir. Şirkət bildirir ki, bu gücü 300 kilovata qədər artırmaq olar ki, bu da hətta böyük təyyarələri və raketləri əridə bilər.

Lazer texnologiyası impulslu və davamlı atəş qabiliyyəti ilə bütün ətraf mühit şəraitində işləyə bilir. Tədbir zamanı nümayiş etdirilən kadrlar MQ-9B-nin lazerlə İran istehsalı olan “Şəhid” tipli kamikadze İHA-lara bənzər hədəfləri uğurla vurduğunu göstərir.

Mövcud sistemlərdə bu cür təhlükələri zərərsizləşdirmək üçün bahalı və birdəfəlik raketlərdən istifadə edilsə də, lazer sistemləri həm daha ucuz başa gəlir, həm də məhdudiyyətsiz istifadə üstünlüyü təmin edir. Lazer şüası birbaşa məhv edilə bilmədiyi və enerjisi davam etdikcə hədəfə zərər verməyə davam etdiyi üçün ordular üçün son dərəcə cəlbedici bir alternativə çevrilir.

 

Orxan

Gununsesi.info