Nura Suri: “Azərbaycan estradası məhvə gedir”

  • By admin
  • 01 Aprel 2025 18:46

Azərbaycanın məhvə gedən estradasını dirildə biləcək Vaqif Gərayzadə kimi bir dahiyə ehtiyacı var. Vaqif Gərayzadə məktəbdir. Azərbaycan estradasını yaradan insandır.

Gununsesi.info bildirir ki, bunu tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb:

Onun fikrincə, sosial şəbəkə və musiqi platformalarının alqoritmləri ilə idarə olunan trend pop, jazz, rok, alternativ musiqimizi məhv edib:

“Bir azdan gec olacaq.  10-15 il əvvəl jazz centre-də keçirilən konsertlərə yer tapmaq olmurdu.

İndi isə xalq artistləri belə məcburiyyətdən trendə uyğun mahnılar ifa edir.

Yaradıcılıq ölüb, son nəfəsidir”.

Günay

Gununsesi.info