Bakıdan Naxçıvana uçan təyyarə texniki səbəblərdən gecikir

  • By Günel
  • 01 Aprel 2025 08:50

Bakıdan Naxçıvana uçan təyyarə texniki səbəblərdən gecikir.

Gununsesi.info xəbər verir ki,“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin 1 aprel tarixli J2261 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bildirilib ki, yaranan nasazlıq səbəbindən sərnişinlər təyyarədən düşürülərək təkrar gözləmə zalına qaytarılıblar. Ayrılan başqa təyyarə ilə gecikən reysin sərnişinləri yaxın saatlarda Naxçıvana yola düşəcəklər.

Gununsesi.info