
Xəbər verdiyimiz kimi, Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs edilib.
Gununsesi.info məlumatına görə, o, dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev Gununsesi.info-ya təsdiqləyib. O, bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Gununsesi.info-nun əldə etdiyi daha bir məlumatda isə bildirilir ki, Hacı Vəliyev xuliqanlıqda ittiham olunur.
Şəbnəm