Məşhur ukraynalı müğənni könüllü müharibəyə getdi

  • By Günel
  • 31 Mart 2025 20:06

Tanınmış müğənni Dmitri Odnorojenko könüllü olaraq Ukrayna ordusuna yollanıb.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Heytspeech” qrupunun vokalisti özü sosial şəbəkə hesabında məlumat verib.

D.Odnorojenko 2022-ci ildə Odessada “Heytspeech” rok qrupunu yaradıb. Onun ən uğurlu mahnısı 4 milyona yaxın pərəstişkarı tərəfindən dinlənilən “I’ll beat all gods” trekidir.

Yada salaq ki, daha əvvəl məşhur komediya aktyoru İqor Lastoçkin də Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.

Gununsesi.info