
Ukraynanın xarici işlər naziri Andriy Sybiha ABŞ-la nadir torpaq elementləri sazişinin yeni layihə mətni üzərində danışıqlara başladıqlarını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrii Sybiha nadir torpaq elementləri sazişinin mətni ilə bağlı ABŞ ilə məsləhətləşmələrə başladıqlarını açıqlayıb.
Sybiha Kiyevdə danışıqlar aparan Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.
Xarici İşlər Nazirliyində keçirilən ikitərəfli görüşün ardından Sybiha və Budris ortaq mətbuat konfransı keçirib.
Sybiha Budrisin Ukraynada olmasından məmnun olduğunu qeyd edib və ölkəsinə verdiyi dəstəyə görə Litvaya təşəkkür edib.
Sybiha Səudiyyə Ərəbistanında aparılan atəşkəs danışıqları ilə bağlı Budrisə məlumat verdiyini və enerji infrastrukturlarına hücumların dayandırılması qərarının bu danışıqlar zamanı alındığını xatırladıb.
Rusiyanın bu qərara baxmayaraq Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirən Sybiha qeyd edib:
“Rusiya bu razılaşmanı pozmağa davam edir. Xerson, Xarkov və Poltava bölgəsindəki enerji obyektlərinə ziyan dəyib. Bu səhər Rusiya hücumları Xersondakı elektrik obyektini yenidən zədələyib, 45 min insan elektriksiz qalıb”.
Sybiha Rusiyanın Ukraynada işğal etdiyi torpaqlardan imtina etməyəcəyini vurğulayaraq, ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyünün mühüm təhlükəsizlik təminatları verə biləcəyini qeyd edib.
Sybiha çıxışında ABŞ və ölkəsi arasında Ukraynanın malik olduğu nadir torpaq elementləri ilə bağlı sazişin hazırlanması prosesinə də toxunub.
Sybiha, Xarici İşlər Nazirliyinin martın 28-də diplomatik kanallarla ABŞ-dan yeni müqavilə layihəsini aldığını və hər iki tərəfə uyğun bir mətn yaratmağa çalışdıqlarını bildirib.
Sybiha Ukrayna tərəfinin əvvəllər hazırlanmış çərçivə sazişini imzalamağa hazır olduğunu, lakin sonradan sazişin mətninin dəyişdirildiyini qeyd edərək, deyib:
“Belə bir sənədin hazırlanması üçün bizim öz qanunlarımız var. Buna uyğun olaraq, lazımi dövlətdaxili prosedurların başlanması üçün müvafiq işlər aparılıb. Saziş layihəsi ilə bağlı ABŞ tərəfi ilə məsləhətləşmələrə başladığımızı təsdiq edirəm”.
Orxan