
Çin hökuməti Tayvanı əhatə edən geniş hərbi təlimlərə başladığını elan edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Xalq Azadlıq Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Xi Yi, manevrdə komandanlığın quru, hava, dəniz və raket qüvvələrinin elementlərinin iştirak etdiyini bildirib.
Sözçü Xi deyib ki, Tayvanı əhatə edən təlimlər “dəniz-hava döyüş hazırlığı patrulları, hərtərəfli üstünlük əldə etmək, dəniz və quru hədəflərinə hücumlar, əsas ərazilərin və dəniz zolaqlarının blokadaya alınması” mövzularına diqqət yetirəcək və məqsədi qoşunların birgə əməliyyat imkanlarını yoxlamaq olacaq.
Xi, təlimin Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün “sərt xəbərdarlıq” və “güclü çəkindirici” olacağını söylədi və bunun Çinin suverenliyini və milli birliyini qorumaq üçün “qanuni və zəruri bir hərəkət” olduğunu müdafiə etdi.
Orxan