İrandan ABŞ-ə Nüvə Xəbərdarlığı

  • By Admin2
  • 01 Aprel 2025 11:45

İran parlamentinin keçmiş sədri Əli Laricani ölkəsinin nüvə silahı istehsal etmək niyyətində olmadığını, lakin mümkün hücum halında buna məcbur edilə biləcəyini deyib.

“Münasibətinizi dəyişin”, o, Vaşinqtona xəbərdarlıq edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani dövlət televiziyasında iştirak etdiyi proqramda açıqlama veriblər.

ABŞ-ın ölkəsinə qarşı təhdidlərinə toxunan Laricani deyib ki, İran nüvə silahı istehsal etmək gücünə malikdir, lakin onlar Xamneyinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq nüvə silahı istehsalına doğru hərəkət etmirlər.

Laricani ABŞ-a xitabən, “İran bunu etmək istəmir, ancaq siz təzyiq etsəniz, xalq da ölkənin təhlükəsizliyi üçün bunu etmək üçün bizə təzyiq edəcək. Əgər bombalama yoluna özünüz və ya İsrail tərəfindən getsəniz, İranı başqa qərarlar almağa məcbur edəcəksiniz. Bu, sizin xeyrinizə olmayacaq. Ona görə də mövqeyinizi dəyişin” deyib.

Orxan

Gununsesi.info