
Misirdəki Giza piramidalarından 40 kilometr aralıda yerləşən sirli tikili sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub. Google Maps istifadəçilərinin aşkar etdiyi kompleksin “Ulduz qapısı” və ya hərbi obyekt ola biləcəyi ehtimal edilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Misirdəki Giza Piramidalarının cənubunda yerləşən iki ucu uclu at nalı formalı əsrarəngiz quruluş sosial mediada trend mövzusuna çevrilib.
Google Maps-də rəsmi təsviri olmayan və 29°54’23″N 31°08’02″E-də yerləşən kompleks müxtəlif sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub. “Bu Ulduz qapısıdır?”
Görüntülər bütün dünyada marağa səbəb olub, bu quruluşun bir kosmik gəmi, qədim fırıldaqçı sistem və ya müasir hərbi obyekt ola biləcəyi iddiaları irəli sürülüb.
Daily Mail-də yer alan xəbərə görə, belə strukturların İran kimi ölkələrdə də görüldüyü və ümumiyyətlə raket buraxılış qurğuları və ya döyüş təyyarələri üçün sığınacaq kimi istifadə edildiyi bildirilib.
Bənzər bir quruluş 2016-cı ildə gündəmə gəldi və bunun UFO araşdırmaları ilə əlaqəli ola biləcəyinə dair nəzəriyyələr ortaya atıldı. Secureteam10 adlı UFO araşdırma qrupu YouTube videolarında bu cür kompleksləri “gizli hökumət bazaları” kimi təsvir edib. Videoya dair şərhlər: “Bu yer Ulduz Döyüşləri filmindən yaranıb” və ” Misirin gizli UFO bazasıdırmı?” kimi ifadələr daxil edilmişdir.
Qeyd edək ki, Misir yad planetli nəzəriyyələrin ən çox danışıldığı ölkələrdən biridir. Giza piramidalarının yad varlıqlar tərəfindən tikildiyi iddiası tez-tez gündəmə gətirilir . 2020-ci ildə Tesla və SpaceX CEO-su Elon Musk sosial mediada “Əlbəttə ki, piramidaları yadplanetlilər inşa edib” yazmışdı və bu, böyük əks-səda doğurmuşdu. Bu açıqlamadan sonra Misir səlahiyyətliləri Musku piramidaların necə tikildiyini araşdırmaq üçün dəvət ediblər.
Orxan