İsrailin “Qatargate” araşdırması: Netanyahu ifadə verir

  • By Admin2
  • 01 Aprel 2025 11:12

İsrailin baş naziri Benyamin Netanyahu “Qatargate” istintaqı çərçivəsində ifadə verib. Netanyahunun şübhəli şəxs kimi deyil, şahid qismində dindirildiyi bildirilib. İsrail baş nazirinin iki müşaviri də saxlanılıb.

Gununsesi.info xəbər verir ki, İsrail ictimaiyyətinin “Qatarqeyt qalmaqalı” kimi tanınan istintaqda iki nəfər saxlanılıb .

İsrail mediası saxlanılanların baş nazir Benyamin Netanyahunun müşavirləri Yonatan Uric və Eli Feldstein olduğunu bildirib.

Netanyahunun Likud partiyası birinin baş məsləhətçi olduğunu təsdiqləyib.

İsrailin baş naziri də həbslərdən sonra istintaq çərçivəsində ifadə verib.

Orxan

Gununsesi.info