Bakıda silahlar tapıldı

Bakının ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşlar 2 avtomat silahı, 1 tapança, 2 patron darağı və 38 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.
Qaradağ rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı tapılaraq götürülüb.
Araşdırmalar aparılır.