
Şirvan Apellyasiya Məhkəməsi Bizimxeber.az saytının və onun onlayn redaksiyasının media subyekti olaraq fəaliyyətinə məhdudiyyət qoyulması (bloklanması) ilə bağlı qərar verib.
Gununsesi.info bildirir ki, bu barədə qərar martın 19-da çıxarılıb.
Saytın rəhbəri, jurnalist Ədil Hüseynov bildirib ki, sayt sahibinin Media Reyestrində qeydiyyatdan keçmək üçün qanunla müəyyən edilmiş 6 ay müddətində müraciət etmədiyi üçün Medianın İnkişafı Agentliyi saytın fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırıb.
Şirvan Apellyasiya Məhkəməsi martın 19-da keçirilən ilk iclasına iddianı təmin edib. Baş redaktor bildirib ki, məhkəmədə iştirak edib, iddia ilə bağlı etirazlarını səsləndirib, amma məhkəmə MEDİA-nın iddiasını təmin edib. Baş redaktor qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib.
Baş redaktor bildirib ki, zatən uzun illərdir reklamsızlıq və diğər çətinliklər üzündən Bizimxeber.az bloq kimi fəaliyyət göstərib: “Mən jurnalistəm və fəaliyyətimi də davam etdirəcəm”.
Qeyd edək ki,Ədil Hüseynov ixtisaslı jurnalistdir, 20 ildir bu sahədə fəaliyyət göstərir.
Günay
Gununsesi.info