İsrail blokadası genişlənir

  • By Admin2
  • 01 Aprel 2025 11:30

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail təhlükəsizlik kabinetinin Şərqi Qüds və İordan çayının qərb sahilinin işğalını genişləndirəcək yolların tikintisi ilə bağlı təsdiq etdiyi qərarı pisləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bəyanatında İsrailin bu addımını “beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinin açıq şəkildə pozulması” kimi qiymətləndirib.

Açıqlamada Maale Adumim qəsəbəsinin Qüdsə ilhaq edilməsi və qəsəbə ətrafındakı Fələstin qəsəbələrinin Qüdsdən təcrid edilməsini hədəfləyən bu addımın iki dövlətli həlli təhlükə altına atacağı ilə bağlı xəbərdarlıq edilib.

Bəyanatda beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından İsrailin məskunlaşmasını, ilhaqını, məcburi köçünü və “soyqırım siyasətini” dayandırmaq üçün hərəkətə keçməyə və hesabatlılıq mexanizmlərini işə salmağa çağırılıb və İsrailin Qərb Sahilində işğalını genişləndirəcək yol çəkmə qərarı pislənib.

Bəyanatda İsrailin beynəlxalq hüququn davamlı şəkildə pozulmasına görə ona qarşı beynəlxalq sanksiyaların tətbiqinə çağırış edilib.

Orxan

Gununsesi.info