İsrail ordusu Beyrutun cənubuna zərbələr endirib

  • By Admin2
  • 01 Aprel 2025 10:57

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubuna hava hücumu təşkil etdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri paytaxt Beyrutun cənubundakı bir binanı iki raketlə hədəfə alıb.

İsrail döyüş təyyarələrinin bu hücumu 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman idi.

Orxan

Gununsesi.info