O, səhhəti ilə gündəmdə idi: Bayden yaşını belə gizlədir

  • By Admin2
  • 01 Aprel 2025 11:12

ABŞ-ın keçmiş prezidenti Co Bayden vəzifədə olduğu müddətdə yaşı və sağlamlığı ilə bağlı fərziyyələrlə daim gündəmdə olub. Baydenin yaşını gizlətmək üçün xüsusi makiyaj komandası tutduğu və hər gün saatlarla ictimaiyyət qarşısında çıxışlara hazırlaşdığı iddia edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin “The Independent” qəzetinə görə, keçmiş ABŞ prezidenti Co Bayden yaşını gizlətmək üçün müntəzəm olaraq makiyajdan istifadə edirdi.

Bildirilir ki, Bayden səyahət zamanı və ictimai çıxışlardan əvvəl yaşlanma əlamətlərini gizlətmək üçün müntəzəm olaraq vizajistlə görüşür.

İddialara görə, keçmiş prezident video mesajlar yazmadan və onlayn müsahibələrə başlamazdan əvvəl yorğunluğunu gizlətmək üçün makiyaj qrupunun köməyinə müraciət edib.

Baydenin yaşı (vəzifəsini tərk edərkən 82 yaşı var idi) ilə bağlı narahatlıqlar onun 2023-cü ildə yenidən seçilmə kampaniyası başlayan kimi artıb.

Onun psixi sağlamlığı ilə bağlı narahatlıqlar 2024-cü ilin iyununda Trampa qarşı fəlakətli debat performansından sonra pik həddə çatdı. Debatdan sonra Demokratlar Baydeni istefa verməyə və estafeti daha gənc namizədə ötürməyə çağırdılar.

Orxan

Gununsesi.info