Malayziyada təbii qaz partlayışı: 112 nəfər xəsarət alıb

  • By Admin2
  • 01 Aprel 2025 13:32

Malayziyanın Selanqor ştatında yaşayış massivindən keçən təbii qaz kəməri partlayıb. İlkin məlumata görə, partlayış nəticəsində 112 nəfər xəsarət alıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 08:10-da Malayziyanın Selanqor əyalətinin Putra Heights ərazisində güclü partlayış baş verib .

Yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəmərində baş verən partlayışdan sonra başlayan və saatlarla davam edən yanğın ətrafdakı evlərə və avtomobillərə keçib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları ərazidəki sakinləri təxliyə etməyə başlayıb və ilkin məlumata görə, 112 nəfər xəsarət alıb, 49 evə ziyan dəyib. Selangor əyalətinin səlahiyyətliləri Putra Heights məscidinin fövqəladə mərkəz elan edildiyini açıqladı.

Partlayış anına aid sosial mediada paylaşılan görüntülərdə səmada alov buludlarının əmələ gəldiyi görülüb.

Selangor Yanğın və Xilasetmə İdarəsindən verilən yazılı açıqlamada partlayışdan sonra boru xəttinə qaz axınının kəsildiyi, ancaq içəridə yığılan qaz səbəbindən yanğının bir müddət nəzarət altına alındığı bildirilib.

Partlayışın Malayziyanın milli neft şirkəti Petronas-a məxsus təbii qaz boru kəmərində baş verdiyi müəyyən edilib. Partlayışın səbəbi ilə bağlı təhqiqat başladılıb, ərazidə dəyən zərərin qiymətləndirilməsi işləri davam etdirilir.

Gununsesi.info