Tramp növbəti seçkilərdə Obama ilə rəqabət aparmaq istəyir

  • By Admin2
  • 01 Aprel 2025 10:49

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməsinə icazə verilərsə, ABŞ-ın keçmiş prezidenti Barak Obamanı özünə rəqib kimi görməkdən çox məmnun olacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin daxili və xarici siyasətlə bağlı suallarını cavablandırıb.

Nədənsə, üçüncü müddətə namizədliyini irəli sürməsinə icazə verilərsə, demokratların Barak Obamanı rəqib kimi göstərməsinə üstünlük verəcəyini ifadə edən Tramp, “Bunu çox istərdim. Bu yaxşı olardı. İndi də insanlar məndən namizəd olmağımı istəyir” deyib.

Trump üçüncü müddətə namizəd olmaq üçün “heç bir araşdırma aparmadığını” söylədi və əlavə etdi: “Bunu edə biləcəyiniz bir yol olduğunu deyirlər”.

Orxan

Gununsesi.info