
İsrail ordusu çərşənbə axşamı günü Beyrutun cənub ətrafına hücumda Hizbullah və İranın Qüds Qüvvələrinin üzvü Həsən Əli Bədiri öldürdüyünü bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 27 noyabr 2024-cü ildə atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra İsrail ordusu ilk dəfə martın 28-də Beyrutun cənubunu bombalayıb.Bu gün İsrailin Beyrutun cənubuna endirdiyi hava hücumunda 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Livan və İsrail arasında atəşkəs razılaşması çərçivəsində yaradılan Atəşkəs Nəzarət Komitəsinə
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL), Livan və İsrail, həmçinin Fransa və ABŞ daxildir.
27 noyabr 2024-cü ildə İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.
Livan rəsmilərinin məlumatına görə, atəşkəsdən sonra İsrail ordusunun həyata keçirdiyi hücumlarda yüzlərlə insan ölüb və yaralanıb.
Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq, Hamamis təpəsi, Aziyye təpəsi, Uveyda təpəsi, Balat dağı və Lebbune təpəsində beş nöqtədə mövcudluğunu davam etdirir.