Göyçayda kişi ögey qızına təcavüz etdi

  • By Günel
  • 31 Mart 2025 19:40

Göyçay rayonunda kişi ögey qızına qarşı təcavüz etməsi barədə məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.

Gununsesi.info -nun məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Gununsesi.info