Yaponiyada qorxulu hesabat

  • By Admin2
  • 01 Aprel 2025 14:01

Yaponiya hökuməti tərəfindən dərc edilən hesabatda mümkün meqa zəlzələnin dağıdıcı təsirləri aşkar edilib. Məlumata görə, Nankay çuxurunda baş verən 9 bal gücündə zəlzələ 298 min insanın ölümünə səbəb ola bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2011-ci ildə 9 ballıq zəlzələ və sunamidən sonra nüvə fəlakətinə səhnə olan Yaponiyada mütəxəssislərin hazırladığı hesabatda yeni “meqa zəlzələ”nin daha böyük dağıntılara səbəb ola biləcəyi ortaya çıxıb.

Yaponiya Nazirlər Kabinetinin yaydığı hesabatda Sakit Okean sahillərində Nankai çökəkliyində 9 bal gücündə zəlzələnin baş verə biləcəyi xatırladılıb və bunun hündürlüyü 10-30 metr arasında dəyişən sunami dalğalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Zəlzələnin qışda və gecə vaxtı baş verəcəyi təqdirdə ölənlərin sayının 298 minə çata biləcəyi bildirildi və ölənlərin əksəriyyətinin sunami səbəbindən baş verəcəyi vurğulandı.

Qeyd edilib ki, belə bir ssenari iki milyondan çox binanın dağıdılması və ölkə əhalisinin təxminən 1 faizinə bərabər olan 1,23 milyon insanın təxliyəsi ilə nəticələnə və iki trilyona yaxın iqtisadi ziyan vura bilər.

Məlumdur ki, dünyanın ən seysmik ölkələrindən biri olan Yaponiyanın Sakit okean sahillərində yerləşən Nankai çuxurunda yaxın 30 il ərzində 8-9 bal gücündə zəlzələnin baş verməsi ehtimalı təxminən 80 faizdir. Belə bir “meqa zəlzələ”nin böyük dağıntılara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar olsa da, mütəxəssislər ehtiyat tədbirlərinin can və mal itkisini azalda biləcəyini bildirirlər.

Orxan

Gununsesi.info