Le Pen: "Seçkiyə qatılmamaq üçün sırf siyasi qərardır..."

  • By Admin2
  • 01 Aprel 2025 11:29

İfrat sağçı lider Marine Le Pen “dövlət vəsaitlərini mənimsəmək” ittihamı ilə Fransada dörd il həbs və beş il seçki qadağasına məhkum edilib. Parisdə keçirilən məhkəmədə baxılan işdə Le Pen hökm elan olunmamış məhkəmə zalını tərk edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Le Pen qərarın “siyasi” olduğunu deyib və əlavə edib: “Bu qərar təkcə mənə deyil, mənə səs verən milyonlarla insana da mane olmaq məqsədi daşıyır”. O, qərarın ləğvi üçün bütün qanuni vasitələrə əl atacağını bildirib.

Fransa lideri ümumilikdə 4 il həbs cəzasına məhkum edilib, onlardan ikisi bağlanıb. Lakin o, bu cəzanı həbsxanada deyil, evdə elektron qolbaqla çəkəcək. O, həmçinin 100 min avro cərimə ödəməli olacaq.

 

Orxan

Gununsesi.info