Əli İnsanov həbsdə şeir yazırmış - SABİQ NAZİRİN “MƏNİM ÖMÜR YARPAQLARIM” ADLI KİTABI ÇAP OLUNUB

  • By admin
  • 01 Aprel 2025 08:08

Ömrünün 15 ilə yaxınını həbsxana divarları arasında keçirən sabiq səhiyyə naziri, akademik Əli İnsanovun şeirlər kitabı çap olunub.

Gununsesi.info-nun xəbərinə görə, sabiq nazirin müəllifi olduğu şeirlər həbsxana illərində qələmə alınıb.
Olduqca kədərli notlar üzərində yazılan “Mənim ömür yarpaqlarım” adlı kitabdakı şeirlərdən birini təqdim edirik:

 

Sənlə  keçən günlərimi, o qayğısız illərimi

Yada salır narın- narın, mənim zindan yuxularım.

Tez -tez yuxuma gəlirsən, məni aparıb gedirsən.

Qoy çin olsun arzularım, mənim zindan yuxularım.

Yuxudan ayılmayaydım, səninlə birgə qalaydım.

Bizi əsir saxlayaydı, mənim zindan yuxularım.

Azadlıq var  yuxularda, xoşbəxt olur məhbuslar da

Oyanıram bitir o da, dörd divardı bütün ətrafım, mənim zindan yuxularım. 

 

Günay Mahirqızı

Gununsesi.info