Piramidaların yaxınlığında gizli tikili kəşf edildi - FOTOLAR

  • By Günel
  • 01 Aprel 2025 14:22

Misirdə Giza piramidalarından təxminən 40 kilometr cənubda yerləşən sirli tikili beynəlxalq sui-qəsd nəzəriyyələrini işə salıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Google Maps” də kəşf edilən bu at nalı formalı quruluş ətrafında qəribə formalı binalarla görünür. Lakin onun yerləşdiyi yerin rəsmi adı yoxdur. Koordinatları 29°54’23″N 31°08’02″E olan bu quruluş, bəzilərinə görə hərbi obyekt, qədim ov tələsi, bəzilərinə görə isə “gizli UFO bazası”dır…

Bir “Google Maps” istifadəçisi sosial şəbəkədə bu quruluşun şəklini paylaşaraq: “Bu, ulduz qapısıdır?”, – deyə soruşub. İstifadəçilər arasında bu strukturun yadplanetlilərlə əlaqəli ola biləcəyi ilə bağlı fərziyyələr yayılmağa başlayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri kompleksin böyük ehtimalla hərbi baza olduğunu irəli sürüb. Onlar bildiriblər ki, strukturun forması və onu əhatə edən qum təpələri onun raketdən müdafiə sistemi və ya döyüş təyyarəsi anqarı ola biləcəyini ehtimal edir.

Google Xəritələrdəki sirli quruluş həqiqətən yadplanetlilərlə əlaqəlidir, yoxsa sadəcə köhnə hərbi baza? Hələlik buna birmənalı cavab verilməsə də, ekspertlər ərazidəki oxşar strukturları nəzərə alaraq bunun keçmiş hərbi obyekt olduğunu düşünürlər. Bununla belə, sui-qəsd nəzəriyyəçiləri və UFO həvəskarları bu cür strukturların yadplanetlilərlə əlaqəsi ola biləcəyini təkid edirlər…

 

Günel Həsənova

Gununsesi.info