
Bakıda oğurlandığı iddia edilən yeniyetmə tapıldı Bakıda itkin düşən 17 yaşlı Sevda Marat qızı Şaymuradova tapılıb.
Bununla bağlı Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, yeniyetmənin ailəsi onun oğurlandığını iddia etmişdi.
Gununsesi.info