Qubada bağ və əkin sahələrindəki yanğın söndürüldü

  • By Günel
  • 02 Sentyabr 2024 17:17

Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə yanğın başlayıb.

Bu barədə Gununsesi.info-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Gununsesi.info