İstanbulda plaza yanır - VİDEO

  • By Günel
  • 03 Sentyabr 2024 17:25

İstanbulun Şişli rayonunda yerləşən plazada yanğın başlayıb.

Gununsesi.info oxu.az-a istinadən bildirir ki, yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə yanğınsöndürən briqadalar göndərilib.

Briqadaların yanğına müdaxiləsi davam edir.

İlkin məlumata görə, yanğın “19 May” məhəlləsində yerləşən plazanın zirzəmisindəki avtomobil təmir servisinin boya sobasında hələ müəyyən edilməmiş səbəbdən baş verib.

Gununsesi.info