İqor Spasski 98 yaşında vəfat etdi

  • By Günel
  • 03 Sentyabr 2024 17:06

Rusiyada nüvə sualtı qayıqlarının tanınmış konstruktoru, uzun müddət “Rubin” Mərkəzi Konstruktor Bürosuna rəhbərlik etmiş akademik İqor Spasski 98 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Sankt-Peterburq hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Onun adı Rusiya Hərbi Dəniz Qüvvələrinin strateji potensialının əsasına çevrilmiş layihələrlə bağlıdır”, – məlumatda deyilib.

Qeyd edək ki, akademik hazırda Rusiyanın strateji sualtı donanmasının əsasını təşkil edən “Kalmar”, “Akula” və “Delfin” “Qranit” və “Antey” sualtı qayıqlarının aparıcı konstruktoru olub.

Gununsesi.info