
Metronun “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə, bu, “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında intervalın pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb.
Gununsesi.info