
1 yaşlı uşaq babasının külünü yeyib. Ana bunu anlayanda artıq gec olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə baş verən hadisədə 1 yaşlı Koah Emeny mərhum babasının külünü yeyib. Ana Nataşa Emeny camaşır toplamaq üçün otaqdan çıxarkən, oğlu tapdığı bankanı götürərək içindəki külü yeməyə başlayıb.
Ana gələndə artıq gec olub. Kiçik Koahın bankanı necə ələ keçirəcəyi hələ də maraq doğursa da, o, külün içində qonaq otağında gəzərkən anası tərəfindən videoya çəkilib.
TikTokda paylaşılan video izləyiciləri şoka salıb. Bir çox insanlar hadisənin bir aprel zarafatı olduğunu düşünüblər, lakin Nataşa vəziyyətin tamamilə real olduğunu və hələ də hadisəni həzm etməkdə çətinlik çəkdiyini söyləyib.
“Atam sağ olsaydı, buna gülərdi” ,- deyən Nataşa oğlunun səhhətinin yaxşı olduğunu və həkimlərin ona ancaq su içməyi tövsiyə etdiyini bildirib.
Günel Həsənova