Almaniya və Avstriya Serb Respublikası prezidentinin ölkəyə girişini qadağan edəcək

  • By Günel
  • 03 Aprel 2025 23:25

Almaniya və Avstriya Serb Respublikasının Prezidenti Milorad Dodik və daha iki siyasətçinin ölkələrinə girişini qadağan edəcək.

“Gununsesi.info xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniya Xarici İşlər Nazirliyinin Avropa və İqlim məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Anna Lührmann bəyanatlarında bildiriblər.

“Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniyanın Avropa və İqlim məsələləri üzrə dövlət naziri Anna Lührmann Sarayevoda birgə görüşdə Bosniya və Herseqovinadakı vəziyyəti müzakirə ediblər”, – mətndə deyilir.

Qeyd olunub ki, Bosniya və Herseqovinada konstitusiya böhranına xüsusi diqqət yetirilib. Maynl-Rayzinger və Lührmann konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görülməsi ilə razılaşırlar.

Maynl-Raynzinger və Lührmann sözlərinə görə, Dodik qırmızı xətləri keçib, Qərbi, Balkan ölkəsinin təhlükəsizliyini, sabitliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü təhdid edir.

Gununsesi.info