
Azərbaycan bundan sonra Birləşmiş Ştatlara satacağı mallara görə 10 faizlik gömrük rüsumu ödəyəcək.
Gununsesi.info xəbər verir ki, Azərbaycan ABŞ-yə əsasən xam neft satır.
Ölkə ötən il Amerikaya ümumilikdə 135 milyon dollar dəyərində məhsul satıb.
Digər ixrac məhsullardan bəziləri bunlardır: Xurma, çay, heyvan bağırsaqları, mədələri və tərəvəz konservləri.
Lakin gömrük məhsullarına olan rüsumun artmasının Azərbaycana elə ciddi təsiri olmayacaq.
İqtisadi təhlilçi rövşən Ağayev deyir:
“Azərbaycanın ABŞ-yə ixracı çox kiçik həcmdədir və tətbiq olunan rüsumun məbləği də çox aşağıdır”.
Rövşən Ağayev bunun Azərbaycana dolayı təsirinin olacağını da deyib:
“Yəni, qlobal böhran yaransa, neft-qaz qiymətlərinin ucuzlaşması baş verə bilər. Bu da Azərbaycan iqtisadiyytaına ciddi təsir edə bilər”.
ABŞ özü ötən il Azərbaycana 1.6 milyarda dollar dəyərində məhsul satıb. ABŞ-nin Azərbaycana satdığı məhsullar dəmir-polad məhsulları, müxtəlif texnikalar, diri iribuynuzlu heyvanlar, heyvan əti, aşınmamış dəri dəniz, dəniz məhsuları kimi məhsullardır.
Azərbaycan da ABŞ-ə 10 faizlik gömrük rüsumu tətbiq edib.
Ancaq dünya liderləri Trampın bu qərarının dünya iqtisadiyyatına böyük zərbə olduğunu bildirirlər.
Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə cavab rüsumları tətbiq edib. Tariflər 3 aprel 2025-ci il tarixindən qüvvəyə minir.