Rusiya ordusu Ukraynadakı müharibədə 4000-dən çox tank itirib

  • By Günel
  • 04 Aprel 2025 08:57

Bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı, amerikalı general Kristofer Kavoli deyib.

Gununsesi.info xəbər verir ki, dinləmələr zamanı Kavoli Ukrayna Silahlı Qüvvələrinin ABŞ-nin dəstəyindən asılı olduğuna və onsuz zəifləyəcəyinə də diqqət çəkib.

Xüsusilə, onun sözlərinə görə, Vaşinqtonun köməyi sayəsində Ukrayna hərbçiləri Rusiya raketlərini ələ keçirə bilirlər.

Kəşfiyyat məlumatları onlara Rusiya Silahlı Qüvvələrinin komanda məntəqələrinə və logistika obyektlərinə zərbələr endirməyə kömək edir.

Gununsesi.info