
Müasir Sinqapurun qurucusunun oğlu, yüksək profilli ailə davası zamanı təqib iddialarından sonra Böyük Britaniyadan sığınacaq qazanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Lee Hsien Yang uzun müddətdir, qardaşı Li Hsien Loong tərəfindən 20 il rəhbərlik etdiyi Sinqapur hökumətinin vətənində zülmlə üzləşdiyini iddia edir.
Hökumət isə bu iddiaları rədd edir və geri qayıtmaqda azad olduğunu bildirir.
Belə ki, Böyük Britaniya hökuməti ona beş il müddətinə “qaçqın statusu” verib.
Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə vəfat edən lider Li Kuan Yu-nun oğullarıdır. O vaxtdan bəri qardaşlar atalarının evi ilə bağlı uzun illər davam edən mübahisəyə giriblər və bu, şiddətli ictimai ailə döyüşünə çevrilib.
Orxan Saffari