Cinayətdə ittiham olunan ruslara seçim təklif edildi: - Məhkəmə əvəzinə müharibəyə get

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl – Martın 28-də Rusiyada həbs olunan Novosibirsk futbol klubunun idarəedici direktor Andrey Perlovun məhkəməsi keçirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, onu Novosibirsk futbol klubundan təxminən üç milyon rubl (32 min dollar; 24 min funt sterlinq) oğurlamaqda ittiham ediblər. Lakin o, bu iddianı inkar edirdi.

Belə ki, altı aydan çoxdur ki, həbsdə olan Andreyə ailəsi Ukraynada döyüşməyə razılıq verməsi üçün təzyiq edildiyini deyir.

Ona deyilib ki, bunun müqabilində ona qarşı mənimsəmə işi dondurulacaq və müharibə bitdikdə potensial olaraq xitam veriləcək.

Andrey Perlovun bu təkliflə razılaşmadığı deyilir.

Orxan Saffari

Gununsesi.info