Bu gündən koreyalılar Ukraynaya hücuma keçir

  • By Günel
  • 23 Oktyabr 2024 08:53

Şimali Koreyadan ilk hərbçilər artıq bu gün Kursk vilayətinə gələcəklər.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, koreyalı hərbçilər Kurskda Ukrayna hərbçilərinə müqavimətdə ruslara yardım edəcək:

“İlk bölmələri Kurskda gözləyirik”.

Qeyd edək ki, Şimali Koreyadan olan əsgərlərin Rusiyada təlim keçdiyi haqda bir müddət öncə məlumat yayılmışdı.

Gununsesi.info