Tramp Böyük Britaniyanın Əmək Partiyasını “xarici müdaxilədə” ittiham edib

Donald Trampın kampaniyası Böyük Britaniyanın Leyboristlər Partiyasına qarşı Federal Seçki Komissiyasına (FEC) şikayət edib və onu Harris-Valz kampaniyasına kömək məqsədilə ABŞ seçkilərinə “açıq-aşkar xarici müdaxilə”də ittiham edib.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki. şikayətdə KİV-də Leyboristlər və Harris kampaniyası arasındakı əlaqə, eləcə də açıq-aşkar könüllülük səyləri barədə məlumat verilir və bunun qeyri-qanuni “töhfələr” olduğu iddia edilir.

Deyilənə görə, ABŞ-da prezident seçkilərində təbliğat aparan leyborist fəalları bunu şəxsi zəmində edirlər.

Qeyd edək ki, İşçi Partiyası hələlik rəsmi cavab verməyib.

Orxan Saffari

Gununsesi.info